Mixeil Kavelashvilini Serbiya Respublikasının Baş naziri Djuro Matuçi işgüzar nahara dəvət edib
Gürcüstan Prezidenti Mixeil Kavelashvilini Serbiya Respublikasının Baş naziri Djuro Matuçi onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə işgüzar nahara dəvət edib. Bu barədə məlumatı Prezident Administrasiyası yayıb.
Məlumata görə, görüşdə Gürcüstanla Serbiya arasında sıx əməkdaşlıq və münasibətlərin genişləndirilməsi perspektivləri müzakirə olunub.
“Xalqlar arasında mövcud olan dostluq və ənənəvi əlaqələrə, mədəni yaxınlığa və ümumi dəyərlərə diqqət yetirilib. Həmçinin qeyd olunub ki, ümumi mədəni baza və Gürcüstanla Serbiyanın üzləşdiyi ortaq geosiyasi çağırışlar münasibətlərin dərinləşdirilməsi və beynəlxalq arenada bir-birinin mövqelərinin gücləndirilməsi üçün əlavə stimul yaradır.
Gürcüstan Prezidenti ilə birlikdə işgüzar naharda nümayəndə heyətinin üzvləri – xarici işlər naziri Maka Boçorişvili, Gürcüstan parlamentinin deputatları İrakli Mezurnişvili, İrma Zavradaşvili, Guram Maçaraşvili, Gürcüstanın Serbiya Respublikasındakı səfiri Levan Beridze və Gürcüstan Prezidentinin Administrasiyasının nümayəndələri iştirak ediblər”, – deyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.