Mixeil Kavelashvili Serbiya Respublikasının Milli Məclisinin sədri Ana Brnabiç ilə görüşüb
Gürcüstan Prezidenti Mixeil Kavelashvili Serbiya Respublikasının Milli Məclisinin sədri Ana Brnabiç ilə geniş tərkibli görüş keçirib. Bu barədə məlumatı Prezident Administrasiyası yayıb.
Məlumata görə, görüşdə tərəflər mövcud ikitərəfli münasibətləri müzakirə edib və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dərinləşdirilməsi məsələlərini nəzərdən keçiriblər. Həmçinin dünyada baş verən proseslərə və ölkələrin üzləşdiyi ümumi geosiyasi çağırışlara diqqət yetirilib.
“Görüşdə parlamentlərarası dialoqun təşviqi məsələsi müzakirə olunub. Parlamentlərarası dialoq və qarşılıqlı iştirakın fəallaşdırılması baxımından Serbiya parlamentində Gürcüstanla dostluq qrupunun yaradılmasının əhəmiyyəti vurğulanıb.
Görüşdə Gürcüstan nümayəndə heyətinin üzvləri – xarici işlər naziri Maka Boçorişvili, Gürcüstan parlamentinin deputatları İrakli Mezurnişvili, İrma Zavradaşvili, Guram Maçaraşvili, Gürcüstanın Serbiya Respublikasındakı səfiri Levan Beridze və Gürcüstan Prezidentinin Administrasiyasının nümayəndələri iştirak ediblər”, – deyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.