Mixeil Kavelashvili – Gürcüstanla Serbiya arasında daha sıx və işgüzar münasibətlərin olması üçün hər şeyi etməliyik
Gürcüstan Prezidenti Mixeil Kavelashvili Serbiya Prezidenti Aleksandr Vuçiçlə birgə mətbuat konfransında bildirib ki, Gürcüstanla Serbiya arasında daha sıx və işgüzar münasibətlərin qurulması üçün hər şeyi etmək lazımdır.
Kavelashvilinin sözlərinə görə, Serbiya Prezidenti ilə görüşdə yeni təşəbbüslər müzakirə olunub.
“Dəyərlərimiz – xristian, pravoslav inancımız həm gürcülər, həm də serblər üçün böyük əhəmiyyət daşıyır. Bu gün Belqradda müqəddəs məbədi ziyarət etmək, Müqəddəs Patriarxla görüşmək imkanım olacaq. Bunun xalqımız üçün böyük əhəmiyyəti var, biz inancımıza böyük hörmət bəsləyirik. Ölkələrimiz arasında daha sıx və işgüzar münasibətlərin olması üçün hər şeyi etməliyik. Ölkələrimiz arasında çoxsaylı təmaslar mövcuddur. Siz daha çox imkanlar yaradacağına əmin olduğum yeni təşəbbüslərdən danışdınız. Silah istehsalı, kənd təsərrüfatı sahəsi barədə də söhbət etdik. Bütün dünya bilir ki, Gürcüstan kənd təsərrüfatı sahəsində həm coğrafi mövqeyinə, həm də relyefinə görə çox mühüm regionlardan biridir. Böyük imkanlar var, Gürcüstanda sağlam məhsul istehsalı üçün bütün şərait mövcuddur. Bu mövzuda da danışdıq. Əminəm ki, birgə əməkdaşlıq bizə kənd təsərrüfatı sahəsində də, bu istiqamətdə də uğurlar qazanmağa imkan verəcək”, – deyə Mixeil Kavelashvili bildirib.