Mixeil Kavelashvili – Gürcüstan Cənubi Qafqazda sülhün bərqərar olunması prosesini qətiyyətlə dəstəkləyir, biz bütün istiqamətlərdə regional əməkdaşlığı dərinləşdirməyə hazırıq
Mixeil Kavelashvili – Gürcüstan Cənubi Qafqazda sülhün bərqərar olunması prosesini qətiyyətlə dəstəkləyir, biz bütün istiqamətlərdə regional əməkdaşlığı dərinləşdirməyə hazırıq

Gürcüstan Cənubi Qafqazda sülhün bərqərar olunması prosesini qətiyyətlə dəstəkləyir, biz bütün istiqamətlərdə regional əməkdaşlığı dərinləşdirməyə hazırıq, – bu barədə Gürcüstanın prezidenti Mixeil Kavelashvili Ermənistan prezidenti Vahagn Xaçatryanla birgə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Ermənistanın bir çox sahələrdə nümunəvi ikitərəfli əməkdaşlığı var və Ermənistan Gürcüstanın ən mühüm ticarət tərəfdaşlarından biridir.

“Sevincliyəm ki, Gürcüstan prezidenti statusunda ilk dəfədir ki, Ermənistan Respublikasına rəsmi səfər edirəm. Sizin göstərdiyiniz xüsusi qonaqpərvərlik üçün ürəkdən təşəkkür edirəm. Həmkarımla görüşdə məmnuniyyətlə qeyd etdim ki, dünyada davam edən çətin geosiyasi vəziyyət fonunda biz ölkələrimizin sıx siyasi, iqtisadi və xalqlar arasında əlaqələrinin dərinləşdirilməsinə davam edirik.

Gürcüstan və Ermənistanın bir çox sahələrdə nümunəvi ikitərəfli əməkdaşlığı var. Keçən il biz strateji tərəfdaşlıq müqaviləsi imzaladıq ki, bu da möhkəm dostluq münasibətlərinin daha bir sübutudur və bütün sahələrdə daha dərin və hərtərəfli əməkdaşlığa yol açır. Ermənistan Gürcüstanın ən mühüm ticarət tərəfdaşlarından biridir. Hər il Ermənistandan ölkəmizə çoxlu sayda turist gəlir və bu göstərici ilə Ermənistan həmişə ilk üçlükdədir.

Həmkarıma bir daha təsdiqlədim ki, Gürcüstan Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir. Gürcüstanın ən yaxşı maraqları Ermənistanın sabitliyi, uğuru və tərəqqisidir. Eyni zamanda, şəxsən öz adımdan və Gürcü xalqı adından Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və tanınmama siyasətinin möhkəm və dəyişməz dəstəyi üçün təşəkkür edirəm. Bu gün biz təkbətək görüşdə regionda mövcud vəziyyəti və Gürcüstanın qarşısında duran çağırışları müzakirə etdik. Bizim bəyan edilmiş siyasətimiz sülhün və sabitliyin təşviq edilməsidir. Biz münaqişənin dinc yolla həllinə sadiqik və bu siyasət Rusiyanın Gürcüstanın iki regionunu işğaldan azad etməsi, işğal xətti ilə bölünmüş əhalinin barışdırılması və inteqrasiyası məqsədlərinə əsaslanır.

Mixeil Kavelashvilinin dediyinə görə, ümid edir ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan sülh sazişi imzalayacaqlar.

Sürətlə dəyişən geosiyasi mühitdə regionda sabitliyin və sülhün bərqərar olması getdikcə daha böyük əhəmiyyət kəsb edir. Gürcüstan birmənalı şəkildə 13 mart 2025-ci il tarixində Ermənistan və Azərbaycanın sülh sazişinin şərtləri üzrə danışıqların başa çatdırılması barədə verdikləri bəyanatı alqışlayır. Biz inanırıq ki, bu, mühüm bir prosesin başlanğıcıdır və bundan sonra birgə səylər göstərilməlidir ki, birlikdə dinc, təhlükəsiz, sabit və inkişaf etmiş bir Cənubi Qafqaz bölgəsi quraq. Ümid edirik ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan sülh sazişi imzalayacaq və bununla da Cənubi Qafqazın müsbət inkişaf dinamikası və regionun cəlbediciliyi keyfiyyətcə yeni mərhələyə keçəcək.

Görüşdə həmçinin 17 aprel 2025-ci ildə Tbilisidə keçirilmiş üçtərəfli görüş barədə danışdıq. Bu görüş Cənubi Qafqaz regionunun ölkələri arasında üçtərəfli qarşılıqlı faydalı əməkdaşlıq prosesinin başlanğıcını təşkil edir. Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması prosesini qətiyyətlə dəstəkləyir. Biz bütün istiqamətlərdə regional əməkdaşlığı dərinləşdirməyə və ədalətli və sülhsevər çoxqütblü beynəlxalq nizamın formalaşdırılmasına öz töhfəmizi verməyə hazırıq. Sevincliyəm ki, bu ilin 5-7 iyun tarixlərində İrəvanda Gürcü Mədəniyyəti Günləri keçiriləcək. Gələn il isə Tbilisidə Erməni Mədəniyyəti Günlərinin keçirilməsini səbirsizliklə gözləyirik, bu da bir daha erməni mədəniyyətinin zəngin irsini, ənənələrini və müasir nailiyyətlərini nümayiş etdirəcək.

Ölkələrimizin unikal ənənələrinin və tarixinin qorunması və ehtiramı bizim xalqlarımızı birləşdirən əsas dəyərdir. Dövlətin suverenliyinin, milli kimliyinin və mədəni özünəməxsusluğunun qorunması bizim ölkələrimizin əsas prioritetidir. Nümunəvi çoxəsrlik dostluq və strateji tərəfdaşlıq bizə bu fərqlənən münasibətləri daha da inkişaf etdirmək üçün möhkəm zəmin verir. Hörmətli prezident, əziz həmkarım, icazə verin, sizə bir daha səmimi təşəkkürümü bildirim göstərdiyiniz xüsusi qonaqpərvərlik üçün. Bu fürsətdən istifadə edərək, sizi sizin üçün münasib bir vaxtda Gürcüstana rəsmi səfərə dəvət etmək istəyirəm,” – deyə Mixeil Kavelashvili bildirib.