Mixeil Kavelashvili – Bu dəhşətli faciə bizi son dərəcə kədərləndirdi, ən ağır anlarda türk xalqının yanındayıq
Mixeil Kavelashvili – Bu dəhşətli faciə bizi son dərəcə kədərləndirdi, ən ağır anlarda türk xalqının yanındayıq

Gürcüstanın Prezidenti Mixeil Kavelashvili Türkiyəyə məxsus hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bu barədə Gürcüstan Prezidenti sosial şəbəkədə yazıb.

“Gürcüstanda Türkiyəyə məxsus hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı kədərinizi bölüşürük. Bu dəhşətli faciə bizi son dərəcə kədərləndirdi və əlbəttə ki, ən ağır anlarda türk xalqının yanındayıq,” – deyə Mixeil Kavelashvili qeyd edib.

Siğnaği bələdiyyəsində, Gürcüstan dövlət sərhədindən təxminən 5 kilometr məsafədə Türkiyəyə məxsus hərbi təyyarə qəzaya uğrayıb. Təyyarə Azərbaycan–Türkiyə istiqamətində uçurdu.

Faktla bağlı Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi ilə istintaq davam edir. Bu maddə hava nəqliyyatının təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmağı nəzərdə tutur.

Türkiyənin Müdafiə Nazirliyi bildirir ki, qəzaya uğramış türk təyyarəsinin göyərtəsində 20 hərbi qulluqçu olub.