Mixeil Ğavelaşvili - Katolikos-Patriarxın sülhün və qarşılıqlı hörmətin bərqərar olması işində rolu ölçüyəgəlməzdir, inanıram ki, Üçüncü Şionun fəaliyyəti məhz bu dəyərlərə əsaslanacaq
Mixeil Ğavelaşvili - Katolikos-Patriarxın sülhün və qarşılıqlı hörmətin bərqərar olması işində rolu ölçüyəgəlməzdir, inanıram ki, Üçüncü Şionun fəaliyyəti məhz bu dəyərlərə əsaslanacaq

Mixeil Ğavelashvili Şio Mucirini Gürcüstanın Katolikos-Patriarxı seçilməsi münasibətilə təbrik edib.

Onun sözlərinə görə, Üçüncü Şionun rəhbərliyi ilə Gürcüstan Pravoslav Kilsəsi daha da güclənəcək.

Açıqlamada deyilir ki, yeni mənəvi rəhbərin seçilməsi ölkə və xalq üçün böyük milli və dini əhəmiyyət daşıyan hadisədir, çünki bu, Gürcüstanın mənəvi həyatına, birliyinə və çoxəsrlik ənənələrinə birbaşa bağlıdır.

Mixeil Ğavelashvili bildirib ki, Katolikos-Patriarxın cəmiyyətdə sülhün, sevginin və qarşılıqlı hörmətin möhkəmləndirilməsində rolu çox böyükdür və o, Şio Mucirinin fəaliyyətinin məhz bu dəyərlərə əsaslanacağına inanır.

O həmçinin yeni patriarxa uğurlu və bərəkətli xidmət arzulayıb və onun fəaliyyətinin kilsə, vətən və bütün vətəndaşlar üçün xeyirli işlərə səbəb olacağına ümid etdiyini bildirib.