Mixeil Canelidze - Rustavelidə Avropa ideyası məğlub edilirdi, demonstrantları dağıdırdılar, öldürürdülər
Mən düşünürəm ki, hər bir demonstrantın hüququ qorunmuşdu və əminəm ki, bu gələcəkdə də belə olacaq – dedi Xarici işlər Naziri Mixeil Canelidze, parlamentdə Xarici İşlər komitəsinin iclasında çıxış edərkən.
Bu sözlərlə xarici İşlər Naziri iki gün öncə Rustavelidə Avropa ideyası məğlub edildi deyən “Milli Hərəkat” fraksiyasının nümayəndəsinə cavab verdi.
Mixeil Canelidzenin bəyanatına görə, Gürcüstan demokratik inkişafın nümunəsini göstərdi.
“Avropa ideyası indi deyil, sabiq iqtidar dövründə məğlub edilirdi və demonstrantlar dağıdılıb, döyülüb, öldürülürüdülər. Bugün isə, Gürcüstan demokratik inkişafın yüksək səviyyəsini nümayiş etdirdi və Avropa inteqrasiyasına doğru yenə bir addım qoydu” – dedi Mixeil Canelidze.