Rusiyanın destruktiv siyasəti ATƏT misiyasının prinsiplərinə ziddir, – Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze, Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrovun bəyanatını belə dəyərləndirdi.
“Gürcüstanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənib və Abxaziya və Osetiya da Gürcüstanın tərkib hissəsidir. Müvafiq olaraq, Rusiyanın destruktiv siyasətinin “qanuniləşdirilməsinə” yönəldilən hər bir addım, beynəlxalq ictimaiyyət tərəfindən rədd ediləcək və bu da ATƏT-in nazirlər şurasında daha da aşkar olacaq“, – dedi Mixeil Canelidze.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər Naziri Venada Birinci Kanalın jurnalistinin sualına cavab verərkən bəyan etdi ki, Rusiya necə Gürcüstanın ərazi bütövlüyünə, eləcə də Cənubi Osetiya və Abxaziya respublikalarını müstəqilliyinə hörmət edir.