Mixeil Canelidze parlamentə Avropa İttifaqına inteqrasiya yolunun xəritə konsepsiyasını təqdim edəcək
Gürcüstanın Xarici İşlər naziri Mixeil Canelidze bugün Gürcüstan parlamentinə, Avropa İttifaqına inteqrasiya komisiyasının təsdiqlədiyi, Avropa İttifaqına inteqrasiya yolunun ROADMAP2EU xəritəsinin konsepsiyasını təqdim edəcək.
Xarici İşlər Naziri sənədin konsepsiyasını Gürcüstan parlamentinin Avro-inteqrasiya və Xarici Əlaqələr Komitəsinin birləşmiş iclasında təqdim edəcək.
Sənəd Avropa İttifaqı ilə mövcud olan əməkdaşlıq mexanizmlərinin və həmçinin, “Asosiasiya haqqında razılaşma”-dan kənar mövcud olan imkanların maksimal istifadəsini nəzərdə tutur ki bu da, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üçün əlverişli şərait yaradacaq.
Gürcüstanın Avropa İttifaqına İnteqrasiya yolunun xəritə konsepsiyası növbəti prioritetli istiqamətlərə dayanacaq:
Assosiasiya gündəminin və razılaşmasının, dərin və hərşeyi əhatə edən azad ticarət məkanı komponentləri də daxil olmaqla, tam və efektiv implementasiyası;
Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi;
Demokratik inkişaf və sektor inteqrasiyası;
Avropa İttifaqı ilə fiziki inteqrasiyanın energetika, nəqliyyat və komunikasiya sahələrində dərinləşdirilməsi;
Avropa İttifaqının proqramlarının və agentliklərdə Gürcüstanın iştirakının genişləndirilməsi;