Mixeil Canelidze ilk Demokratik Respublikanın əsasının qoyulmasının 100 illiyi ilə bağlı planlaşdırılan tədbirləri təqdim edəcək
Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze ilk Demokratik Respublikanın əsasının qoyulmasının 100 illiyi ilə bağlı Gürcüstan və dünya miqyasında planlaşdırılan tədbirləri təqdim edəcək.
Nazir tədbirlərlə bağlı NATO və Avropa İttifaqının informasiya mərkəzində danışacaq.
Qeyd olumalıdır ki, yubiley çərçivəsində Gürcüstanın 100-dən artıq mədəni tədbiri, elmi konfrans, mühazirələr planlaşdırılıb.
100 illik yubiley tarixinin qeyd edilməsi üçün Xarici İşlər Nazirliyi ümumi mühazirələr, tarixi eksponatların sərgisini və açıq qapı günlərinin seriyasını ilk Demokratik Respublikanın xarici siyasətinə həsr edəcək.
Nazirliyin egidası ilə, tədbir Samtsxe-Cavaxetidə Rabati qalasında keçiriləcək.