Mixeil Canelidze Bosniya-Hersoqovina Xarici İşlər naziri ilə görüşdü
Gürcüstanın baş nazir müavini, Xarici İşlər naziri, Mixeil Canelidze Küveytdə Bosniya-Hersoqovina Xarici İşlər naziri, İqor Tsrnadka ilə görüşdü. Görüş “İslam Dövlətinə” qarşı qlobal koalisiyanın ministerialı çərçivəsində keçirildi.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölkələrarası ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi kontekstində yüksək səviyyəli görüşlərin əhəmiyyətinə xüsusi diqqət yetirildi.
Gürcüstan və Bosniya-Hersoqovinanın Xarici İşlər nazirləri iki ölkə arasında dost və partnyor əməkdaşlığını bir daha təsdiq etdilər və Avropa inteqrasiyası yolunda hər iki ölkənin önəmli irəliləyişi qeyd olundu.
Bosniya-Herseqovinanın Xarici İşlər Naziri Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı dəstəyini bir daha təsdiq etdi.
Gürcüstanın baş nazir müavini, Xarici İşlər naziri Küveytdə işçi səfərlədir. Burada “İslam Dövlətinə” qarşı qlobal koalisiyanın ministerialında içtirak etdi və tədbir iştirakçılarına nitqlə müraciət etdi.