Mixeil Ğavelişvili - həmişə güzəştli yanaşmamız var idi, lakin hədd var ki, buradan dönə bilmərik, vətəndaşların seçimini dəyişmək mümkün deyil
Mixeil Ğavelişvili - həmişə güzəştli yanaşmamız var idi, lakin hədd var ki, buradan dönə bilmərik, vətəndaşların seçimini dəyişmək mümkün deyil

Həmişə güzəştli yanaşmamız var idi, lakin hədd var ki, buradan dönə bilmərik – ölkəmizin vətəndaşlarının seçimini dəyişmək mümkün deyil, – bu barədə hakim komandanın üzvü, Mixeil Ğavelişvili bəyan etdi.

Elə onun dediyinə görə, “Gürcü Arzusu” yenə də dialoq üşün hazırdır və möhkəm mövqeləri var.

“Avropa Şurası prezidentinin gəlişindən sonra bir daha bəyan etdik ki,dialoq üçün hazırıq. Möhkəm mövqelərimiz var. Həmişə güzəştli yanaşmamız var idi, lakin hədd var ki, buradan dönə bilmərik – ölkəmizin vətəndaşlarının seçimini dəyişmək mümkün deyil. Səbəb olmalıdır ki, növbədənkənar seçkilər nəyə görə keçirilməlidir. Əgər bu səbəb mövcud deyilsə, bu mövzu barəsində söhbət mümkün deyil”, – Mixeil Ğavelişvili qeyd etdi.