Mixeil Ğavelaşvilinin səfərinin şərəfinə Bratislava qalasında Gürcüstan bayrağı təsvir edilib
Mixeil Ğavelaşvilinin səfərinin şərəfinə Bratislava qalasında Gürcüstan bayrağı təsvir edilib

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilinin səfərinin şərəfinə Bratislava qalasında Gürcüstan bayrağı təsvir edilib.

Mixeil Ğavelaşvili nümayəndə heyəti ilə birlikdə Slovakiya Respublikasının paytaxtı Bratislavada rəsmi səfərdədir. Slovakiya Respublikasının Prezidenti Peter Peleqrini Mixeil Ğavelaşviliyə ev sahibliyi edəcək. Təkbətək və geniş formatda görüşlər planlaşdırılır, bundan sonra da mediaya birgə bəyanat veriləcək.

Gürcüstan Prezidenti həmçinin Slovakiya Respublikasının vitse-baş naziri Denisa Sakova və Milli Şuranın sədri Rixard Raşi ilə görüşəcək.

Prezidentin rəsmi səfəri aprelin 3-də başa çatacaq.