Mixeil Ğavelaşvili - Türkiyədə yüksək səviyyəli görüşlərimiz oldu və belə görüşlərin təşkilinə görə onlara təşəkkür edirəm
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Türkiyəyə rəsmi səfəri başa çatdırıb.
Mixeil Ğavelaşvili Türkiyə tərəfi ilə keçirilən görüşləri jurnalistlərlə dəyərləndirib.
Prezidentin dediyi kimi, səfər Gürcüstanla Türkiyə arasında əlaqələrin daha da inkişaf edəcəyini təsdiqləyir.
“Türkiyə Prezidenti, Milli Məclisin sədri Gürcüstan nümayəndə heyəti üçün həqiqətən də yüksək səviyyəli görüşlər təşkil etdilər. Mən onlara belə yüksək səviyyəli görüşlər təşkil etdiklərinə görə çox təşəkkür etmək istəyirəm. Demək olar ki, bütün mövzulara toxunduq. Dünən Türkiyə Prezidenti ilə yüksək səviyyəli görüşümüz oldu. Qarşılıqlı etimada əsaslanan münasibətlərimiz, Türkiyə və Gürcüstan arasında ifadə olunan qarşılıqlı hörmət mənə ümid verir və bu münasibətlərin daha da inkişaf edəcəyinə dair inamımı bu gün bir daha möhkəmləndirir” – Ğavelaşvili bildirib.