Mixeil Ğavelaşvili - Türkiyədə baş vermiş faciə ilə bağlı dərin kədərimi ifadə edirəm, gürcü xalqı adından prezident Ərdoğana və dost türk xalqına başsağlığı verirəm
Mixeil Ğavelaşvili - Türkiyədə baş vermiş faciə ilə bağlı dərin kədərimi ifadə edirəm, gürcü xalqı adından prezident Ərdoğana və dost türk xalqına başsağlığı verirəm

 

Gürcüstanın Prezidenti Mixeil Ğavelaşvili Türkiyədə dağ-xizək kurortunda baş vermiş faciə ilə bağlı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına başsağlığı verir.

“Türkiyədə baş vermiş faciə ilə bağlı dərin kədərimi ifadə edirəm.

Gürcü xalqı adından prezident Ərdoğana, dost türk xalqına başsağlığı verir və həlak olanların ailələrinə bu ağır dəqiqələrdə dözüm diləyirəm” – Ğavelaşvilinin başsağlığı məktubunda deyilir.

Bu gün Türkiyədə Kartalkaya dağ-xizək kurortunda mehmanxanalardan birində yanğın baş verib. Bu vaxta olan məlumata əsasən, dağ-xizək kurortunda yanğında 66 nəfər həyatını itirib, 51 nəfər xəsarət alıb. Kartalkaya dağ-xizək kurortu İstanbulun 270 kilometrliyində yerləşir.