Mixeil Ğavelaşvili tibb elmləri doktoru, professor Nuqzar Uberini “Üstünlük” ordeni ilə təltif edib

21:31, 16.09.2026

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, Gürcüstanın Baş naziri İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvilinin təqdimatı ilə, tibbin inkişafındakı töhfəsinə, elm sahəsindəki fərqlənən nailiyyətlərinə və Gürcüstan qarşısındakı müstəsna xidmətlərinə görə tibb elmləri doktoru, Tbilisi Dövlət Tibb Universitetinin emeritus-professoru Nuqzar Uberini “Üstünlük” ordeni ilə təltif edib. Məlumatı Prezident Administrasiyası yayır.

Onların məlumatına əsasən, mərasimdə Prezident Administrasiyasının rəhbəri Luka Exvaia, Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze və Nuqzar Uberinin ailə üzvləri iştirak ediblər.

Gürcüstan Prezidenti Nuqzar Uberiyə çoxillik peşəkar və elmi fəaliyyətinə görə təşəkkürünü bildirib və onun gürcü pediatriyasının, tibbi təhsilin inkişafındakı əvəzsiz töhfəsini vurğulayıb.

Oxşar