Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili övladları ilə birlikdə Telavidə “Batoni” qala kompleksini ziyarət edib. Məlumatı Prezident Administrasiyası yayır.
“Telavi Tarix Muzeyinin rəhbərləri Gürcüstan Prezidentini qəbul ediblər.
Mixeil Ğavelaşvili sərgi məkanlarını, iki arxeologiya-etnoqrafiya və təsviri incəsənət zalına baxış keçirib. Həmçinin, gələcək üçün planlaşdırılan tədbirlər və layihələrlə tanış olub.
Kaxetinin dövlət nümayəndəsi Qiorqi Aladaşvili, deputatlar Qela Samxarauli və Levan Maxaşvili, Telavi Munisipalitetinin meri Vaja Mağradze Gürcüstan Prezidenti ilə birlikdə “Batoni” qala kompleksində olublar” – Prezident Administrasiyasının məlumatında qeyd olunub.