Mixeil Ğavelaşvili - Sülh siyasəti, iqtisadi uğurlar və rifahın yüksək səviyyəsi bizi abxaz və osetin qardaş-bacılarımızla xüsusilə yaxınlaşdırır
Mixeil Ğavelaşvili - Sülh siyasəti, iqtisadi uğurlar və rifahın yüksək səviyyəsi bizi abxaz və osetin qardaş-bacılarımızla xüsusilə yaxınlaşdırır

 
İnanıram ki, biz tezliklə abxaz və osetin qardaş-bacılarımızla birlikdə müharibənin yaralarını sağalda biləcəyik və vahid, güclü və çiçəklənən Gürcüstanda xoşbəxt birgə yaşayışımızı davam etdirəcəyik – bu haqda Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili parlamentdə illik məruzə ilə çıxışı zamanı deyib.

Prezident bildirib ki, sülh siyasəti, iqtisadi uğurlar və rifahın alternativi yoxdur.

“Hər birimiz yaxşı dərk etməliyik ki, sülh siyasəti, iqtisadi uğurlar və rifahın yüksək səviyyəsi bizi abxaz və osetin qardaş-bacılarımızla xüsusilə yaxınlaşdıran mühüm amillərdir. Bu, alternativi olmayan bir yoldur. İnanıram ki, biz tezliklə abxaz və osetin qardaş-bacılarımızla birlikdə müharibənin yaralarını sağalda biləcəyik və vahid, güclü və çiçəklənən Gürcüstanda xoşbəxt birgə yaşayışımızı davam etdirəcəyik” – prezident bildirib.