Mixeil Ğavelaşvili Şota Rustaveli adına mükafatın və Gürcüstanın milli mükafatının laureatlarını mükafatlandırıb
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Şota Rustaveli adına mükafatın və Gürcüstanın milli mükafatının laureatlarını mükafatlandırıb.
Prezident Sarayında keçirilən mərasimdə mədəniyyət naziri Tinatin Ruxadze, Şota Rustaveli adına mükafatın və Milli Mükafat Komissiyasının üzvləri, eləcə də dəvət olunmuş qonaqlar iştirak ediblər.
Mixeil Ğavelaşvili laureatları mühüm nailiyyətləri münasibətilə təbrik edib və onların hər birinə milli işi gördüklərinə görə təşəkkür edib. Prezidentin bəyanatına əsasən, onların əməyi ölkəni, cəmiyyəti gücləndirir və gələcək nəsillərə böyük motivasiya verir.
“Siz peşəkarsınız, mən Quram Rçeulişvilini misal çəkəcəyəm, “Ehtirasın gücü quruculuqdadır, qurulmuşdan zövq almaqda deyil”, əminəm ki, sizin həzziniz elə yaratdığınız yaradıcılıqdır. Biz yaradıcılığınızla fəxr edirik, dövlət və hakimiyyət olaraq, zəhmətinizi hər zaman qiymətləndirmək və öz sahəsində belə fədakarcasına fəaliyyət göstərən heç bir insanı diqqətdən kənarda qoymamaq borcumuzdur. Mən yaradıcılığınız və zəhmətiniz qarşısında baş əyirəm” – prezident bildirib.
Prezident “Ekvtime” tamaşasının səhnələşdirilməsinə görə Vasil Çiqoqidze, Qoça Kapanadze və Lomqul Murusidzeni Şota Rustaveli adına mükafatla, həmçinin, gürcü xalq musiqisinin ifaçısı Ramin Mikaberidzeni “Bizə sülh”, “Latariya”, “Mən Rustaveli”, “Quriyaya gedəcəyəm” mahnılarına görə və İran dastanı Firdovsinin “Şahnamə” poemasının tərcüməsinə görə Bela Şalvaşvilini mükafatlandırıb.
Akademiklər Aleksandre Nersesian və Qiorqi Caparidze “Aşağı ölçülü güclü korrelyasiyalı və frustrasiyalı sistemlərdə kvant faza keçidləri” adlı əsərlər silsiləsinə görə Gürcüstanın milli mükafatı ilə mükafatlandırılıblar.