Mixeil Ğavelaşvili Slovakiyanın vitse-baş naziri Denisa Sakova ilə görüşüb
Mixeil Ğavelaşvili Slovakiyanın vitse-baş naziri Denisa Sakova ilə görüşüb

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Slovakiya Respublikasının vitse-baş naziri Denisa Sakova ilə görüşüb. Bu haqda məlumatı Prezident Administrasiyası yayır.

Administrasiyanın məlumatına əsasən, görüşdə Gürcüstan və Slovakiya Respublikası arasında müxtəlif sahələrdə mövcud ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikası xüsusilə qeyd edilib.

“Sektor əməkdaşlığına və ticarət-iqtisadi istiqamətdə mövcud potensiala xüsusi diqqət yetirilib. Bununla yanaşı, görüşdə dünyadakı cari siyasi proseslər və ölkələrin üzləşdiyi mövcud çağırışlar haqda danışıblar. Orta Dəhlizin əhəmiyyətinə və Gürcüstanın roluna diqqət yönəldilib. Həmçinin, Gürcüstan-Avropa İttifaqı münasibətlərinə toxunulub” – Prezident Administrasiyasının yayılmış məlumatında deyilir.