Mixeil Ğavelaşvili Slovakiya Respublikasında rəsmi səfərdədir
Mixeil Ğavelaşvili Slovakiya Respublikasında rəsmi səfərdədir

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili nümayəndə heyəti ilə birlikdə Slovakiya Respublikasının paytaxtı Bratislavada rəsmi səfərdədir. Bu haqda məlumatı Gürcüstan Prezident Administrasiyası yayır.

Onların məlumatına əsasən, Bratislavanın M.R. Ştefanik adına Beynəlxalq Hava Limanında Gürcüstan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib.

“Səfər çərçivəsində Slovakiya Prezidentinin Sarayında Gürcüstan Prezidentinin rəsmi qarşılanma mərasimi keçiriləcək. Slovakiya Respublikasının Prezidenti Peter Peleqrini Mixeil Ğavelaşviliyə ev sahibliyi edəcək. Təkbətək və geniş formatda görüşlər planlaşdırılır, bundan sonra da mediaya birgə bəyanat veriləcək.

Gürcüstan Prezidenti həmçinin Slovakiya Respublikasının vitse-baş naziri Denisa Sakova və Milli Şuranın sədri Rixard Raşi ilə görüşəcək.

Gürcüstan nümayəndə heyətinin tərkibindədirlər: Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Gürcüstanın xarici işlər nazirinin müavini Qiorqi Zurabaşvili; Gürcüstanın Slovakiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Konstantine Kvaçakidze və Gürcüstan Prezident Administrasiyasının nümayəndələri.

Prezidentin rəsmi səfəri aprelin 3-də başa çatacaq” – Gürcüstan Prezident Administrasiyasının Mətbuat Xidmətinin məlumatında qeyd olunub.