Mixeil Ğavelaşvili - Slovakiya Prezidenti ilə görüşdə münasibətlərin gələcəkdə dərinləşdirilməsi yollarını müzakirə etdik, sahəvi əməkdaşlığın aktivləşdirilməsinin əhəmiyyətini vurğuladıq
BMT Baş Assambleyası çərçivəsində Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Slovakiya Prezidenti Peter Peleqrin ilə görüşüb.
Mixeil Ğavelaşvilinin sosial şəbəkədə yazdığı kimi, görüşdə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini və əlaqələrin gələcəkdə dərinləşdirilməsi yollarını müzakirə ediblər.
“Görüşdə qeyd etdiyim kimi, Gürcüstan və Slovakiya arasında ikitərəfli əməkdaşlıq xalqlar arasında mövcud ənənəvi əlaqələrə, ortaq dəyərlərə və bir-birinin milli maraqlarının nəzərə alınmasına əsaslanır, bu da münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin təşkil edir. Görüşdə iqtisadi əlaqələr və sahəvi əməkdaşlığın aktivləşdirilməsinin əhəmiyyətini vurğuladıq.
Slovakiya Prezidentinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyə görə təşəkkür etdim” – Mixeil Ğavelaşvili yazır.