Mixeil Ğavelaşvili – Şindisi qəhrəmanları gürcü döyüşçüsünün sarsılmaz ruhlu və Gürcüstanın azadlığını itirməsi ilə heç vaxt barışmayacağını hər kəsə göstərdilər
Bu gün dövrümüzün görkəmli gürcü döyüşçülərinin – sözlə ifadə edilə bilməyən qəhrəmanlıq göstərən, igidlikləri, döyüş ruhları ilə hətta düşməni belə valeh edən və təəccübləndirən, gürcü döyüşçüsünün sarsılmaz ruhlu və Gürcüstanın azadlığını itirməsi ilə heç vaxt barışmayacağını hər kəsə göstərən Şindisi qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili bildirib.
O bildirib ki, hər bir gürcü Şindisi qəhrəmanları ilə fəxr etməlidir.
“Məhz onların qəhrəmanlığı bizə Gürcüstanın ölümsüz və əbədi olduğuna dair inam verir. Onların ruhlarına və adlarına bir daha şərəf və ehtiram olsun. Şindisi qəhrəmanlarının valideynlərini gördüm və belə ləyaqətli vətən övladları böyütdükləri üçün onlara şəxsən təşəkkür etdim. Biz həqiqətən də bu oğulların qəhrəmanlığı ilə fəxr edirik. Şindisi qəhrəmanlarının mübarizə apardığı və yaşadığı ruhu həyatımıza, xüsusən də uşaqlarımıza və gələcək nəsilə aşılaya bilmək üçün bilməli, onların gördüyü işləri gündəlik hiss etməliyik. Onların əməlini və qəhrəmanlığını hər kəsin xatırlaması bizim borcumuzdur” – Ğavelaşvili bildirib.