Mixeil Ğavelaşvili - Seçimi etmək mənim üçün həqiqətən asanlaşdı, bir tərəfdə sülh, inkişaf, sabitlik, digər tərəfdə isə qarşıdurma və qütbləşmə var
Seçimi etmək mənim üçün həqiqətən asanlaşdı, bir tərəfdə sülh, inkişaf, sabitlik, digər tərəfdə isə qarışıqlıq, qarşıdurma və qütbləşmə var – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə deyib.
Ğavelaşvili bildirib ki, təhlil etməliyik ki, mövcud reallıq imkan verir ki, ölkəmiz daha da sabit, sülh içində və inkişaf etmiş olsun.
Bununla yanaşı, Gürcüstan Prezidenti bu gün seçkilərdə iştirak edən bütün seçicilərə təşəkkür edib.
“İlk növbədə, vətəndaşlıq məsuliyyətimi ifadə etdim. Seçim etdim. İctimaiyyətlə səmimi olacağam, seçim etmək mənim üçün həqiqətən asanlaşdı. Biz bilirik ki, bir tərəfdə sülh, inkişaf, sabitlik, təəssüf ki, digər tərəfdə qarışıqlıq, qarşıdurma və qütbləşmə var. Əminəm ki, cəmiyyətimiz də seçim etməkdə çətinlik çəkməyəcək. Fürsətdən istifadə edərək vətənimizə, dövlətimizə inanan, özünüidarəetmə seçkilərində iştirak edən bütün vətəndaşlarımıza, siyasi baxışlarından asılı olmayaraq, təşəkkürümü bildirmək istəyirəm. Dövlətçilik şüuru olan hər kəsə xüsusi minnətdarlığımı ifadə edirəm. Müstəqilliyin bərpasından sonra ölkəmiz bir çox çağırışlara dözdü, çox təcrübə topldıq, təəssüf ki, ağır günlər də oldu. Vətəndaş müharibəsi, üç müharibədən keçdik, qarşıdurmalar oldu, bütün bunlar artıq geridə qaldı və cəmiyyətimiz çox müdrikləşdi, seçim etməkdə çətinlik çəkməyəcək. Bir daha təkrar edirəm ki, bu, asanlıqla ediləcək seçimdir. Anlamalıyıq, nəzərə almalıyıq və analiz etməliyik ki, mövcud reallıq imkan verir ki, ölkəmiz daha da sabit, sülh içində və inkişaf etmiş olsun” – Ğavelaşvili bildirib.