Mixeil Ğavelaşvili - Rumıniyanın sabiq prezidenti İon İlieskunun dünyasını dəyişməsinə görə dərindən kədərlənmişik, o, Gürcüstan-Rumıniya əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayıb
Mixeil Ğavelaşvili - Rumıniyanın sabiq prezidenti İon İlieskunun dünyasını dəyişməsinə görə dərindən kədərlənmişik, o, Gürcüstan-Rumıniya əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayıb

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Rumıniyanın sabiq prezidenti İon İlieskunun dünyasını dəyişməsinə görə kədərini ifadə edir.

Ğavelaşvilinin sosial şəbəkədə yazdığı kimi, İon İliesku Gürcüstan və Rumıniya arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.

“Rumıniyanın sabiq prezidenti cənab İon İlieskunun dünyasını dəyişməsinə görə dərindən kədərlənmişik. O, Gürcüstan və Rumıniya arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Biz onun ailəsinə, eləcə də Rumıniya xalqına və hökumətinə səmimi başsağlığı diləklərimizi çatdırırıq” – Gürcüstan Prezidenti yazır.