Mixeil Ğavelaşvili Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək
Mixeil Ğavelaşvili Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili aprelin 26-da Vatikanda Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək.

Prezidentin mətbuat xidmətinin məlumatına əsasən, Gürcüstan Prezidenti Vatikana nümayəndə heyəti ilə birlikdə gedəcək.

Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili, Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze, Zuqdidi və Tsaişi yeparxiyasının idarəçisi, Gürcüstan Patriarxlığının Xarici Əlaqələr Şöbəsinin sədri, mitropolit Qerasime və Tbilisi İlahiyyat Akademiyasının və Seminariyasının rektoru, Sioni Kafedral Məbədinin baş keşişinin müavini, protopresviter Qiorqi Zviadadze nümayəndə heyətinin tərkibində olacaqlar.