Mixeil Ğavelaşvili – Robert Sturuanı ad günü münasibətilə təbrik edirəm, onun yaradıcılığı gürcü teatrı tarixinin xəzinəsi və ayrılmaz hissəsidir
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili rejissor Robert Sturuanı ad günü münasibətilə təbrik edir.
Ğavelaşvilinin qeyd etdiyi kimi, Robert Sturuanın yaradıcılığı gürcü teatrı tarixinin xəzinəsi və ayrılmaz hissəsidir.
“Cənab Robert Sturuanı ad günü münasibətilə təbrik edirəm! Onun yaradıcılığı gürcü teatrı tarixinin xəzinəsi və ayrılmaz hissəsidir. O, gürcü mədəniyyətini dünyaya daha da tanıdan və tamaşaçıların neçə-neçə nəslinə teatr sənətini yeni, dərin baxışla qavramağı öyrədən unikal bədii aləm yaradıb.
Cənab Robertə cansağlığı, gümrahlıq və daha çox məhsuldar illər arzulayıram. Əminəm ki, onun yaradıcılıq irsi gürcü mədəniyyəti üçün daim ilham mənbəyi olaraq qalacaq” — Mixeil Ğavelaşvili qeyd edir.