Mixeil Ğavelaşvili Rəcəb Tayyib Ərdoğanla görüşüb
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində görüşüb.
Gürcüstan Prezident Administrasiyasının məlumatında, tərəflərin Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığı, ikitərəfli əməkdaşlığı, regionda və dünyada gedən prosesləri müzakirə etdikləri deyilir.
Bununla yanaşı, Gürcüstan Prezidenti strateji tərəfdaşlığın gələcək inkişafına hazır olduğunu təsdiqləyib və Türkiyə Prezidentini Gürcüstana dəvət edib.
Prezident Administrasiyasının məlumatında, regional məsələlərin müzakirəsi zamanı Cənubi Qafqazda dayanıqlı sülhün möhkəmləndirilməsinin əhəmiyyətinə diqqət ayrıldığı deyilir. Görüşdə ticarət-iqtisadi münasibətlərə, nəqliyyat və enerji əlaqəliliyi məsələlərinə, Orta Dəhlizin inkişafına və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə xüsusi diqqət ayrılıb.