Mixeil Ğavelaşvili Qiorqi Modebadzeni Konstitusiya Məhkəməsinin hakimi təyin edib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Qiorqi Modebadzeni Konstitusiya Məhkəməsinin hakimi təyin edib. Bu haqda məlumatı Prezident Administrasiyasının mətbuat xidməti yayır.
“Qiorqi Modebadzenin məhkəmə sistemində uzun illər iş təcrübəsi var, o, həmçinin Gürcüstanın təhsil, elm və gənclik nazirinin birinci müavini vəzifəsini tuturdu.
Gürcüstan Konstitusiyasının 60-cı maddəsinə əsasən, Konstitusiya Məhkəməsi 10 illik müddətə təyin olunan doqquz hakimdən ibarətdir, onlardan üç hakimi Gürcüstan Prezidenti təyin edir, üç hakimi parlament tam tərkibin ən azı beşdə üç çoxluğu ilə seçir, üç hakimi isə Ali Məhkəmə təyin edir.
Məlumat üçün bildirək ki, 2016-cı ildə Gürcüstan Prezidenti tərəfindən təyin edilmiş Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi İrine İmerlişvilinin öz ərizəsi əsasında, Konstitusiya Məhkəməsinin sədrinin sərəncamı ilə 2025-ci ilin oktyabrın 20-dən Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətinə vaxtından əvvəl xitam verilib” – Prezident Administrasiyasının məlumatında qeyd olunub.