Mixeil Ğavelaşvili Qətərin Gürcüstandakı səfiri Hasan Ahmed Ali Muhamed Al Mutava ilə vida görüşü keçirib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Qətərin Gürcüstandakı səfiri Hasan Ahmed Ali Muhamed Al Mutava ilə vida görüşü keçirib. Bu barədə məlumatı Prezident Administrasiyası yayır.
Qurumun məlumatına əsasən, görüş Prezident sarayında keçirilib.
“Prezident diplomata Gürcüstanda uğurlu fəaliyyətinə və ölkələr arasında sıx tərəfdaşlığın inkişafına verdiyi mühüm töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində ona uğur arzulayıb” – Administrasiyanın yaydığı məlumatda deyilir.