Mixeil Ğavelaşvili Qətərin Gürcüstandakı dövlət səfiri Hasan Ahmed Ali Mohamed Al Mutava ilə görüşüb
Mixeil Ğavelaşvili Qətərin Gürcüstandakı dövlət səfiri Hasan Ahmed Ali Mohamed Al Mutava ilə görüşüb

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Qətərin Gürcüstandakı dövlət səfiri Hasan Ahmed Ali Mohamed Al Mutava ilə görüşüb.

Prezident Sarayında keçirilən tanışlıq məqsədli görüşdə tərəflər ölkələr arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərini, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Mixeil Ğavelaşvili qeyd edib ki, gürcü tərəfi Gürcüstan və Qətər arasında azad ticarət sazişi üzrə danışıqlara başlamaq qərarını təqdir edir.

Prezident hesab edir ki, ölkələr arasında azad ticarət rejiminin tətbiqi həm Gürcüstanda, həm də Fars körfəzi ölkələrində müxtəlif sənayenin dəstəklənməsi və inkişafı üçün yeni imkanlar pəncərəsi açacaq.

Öz növbəsində Qətərin dövlət səfiri Hasan Ahmed Ali Mohamed Al Mutava Mixeil Ğavelaşvilini prezident seçilməsi münasibətilə təbrik edib və fəal əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.