Mixeil Ğavelaşvili - Prezident Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünü, eləcə də Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi üçün onun səylərini təqdir edirik
Mixeil Ğavelaşvili - Prezident Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünü, eləcə də Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi üçün onun səylərini təqdir edirik

 

Prezident Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünü, eləcə də Rusiya-Ukrayna qanlı müharibəsinin tezliklə bitməsi üçün onun səylərini təqdir edirik – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.

Ğavelaşvili bildirib ki, Gürcüstan Cənubi Qafqaz regionunda dayanıqlı və uzunmüddətli sülhün bərqərar olması üçün hər zaman dəstək verib və fəal şəkildə çalışıb.

“Sülhün əhəmiyyətini dərindən dərk etdiyimizə əsaslanaraq, Gürcüstan Cənubi Qafqaz regionunun transformasiyasına öz töhfəsini verir və onu münaqişələr regionu əvəzinə, sivilizasiyalar arasında dialoq və iqtisadi rifah məkanına çevirməyə çalışır. Prezident Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünü, eləcə də Rusiya-Ukrayna qanlı müharibəsinin tezliklə bitməsi üçün onun səylərini təqdir edirik. Gürcüstan Cənubi Qafqaz regionunda dayanıqlı və uzunmüddətli sülhün bərqərar olması, eləcə də qonşular arasında qarşılıqlı etimad və əməkdaşlığın dərinləşdirilməsi üçün hər zaman dəstək verib və fəal şəkildə çalışıb. Əsrlər boyu ölkəmiz sivilizasiyaların kəsişməsi və fərqli mədəniyyətlər arasında dialoq məkanı olub. Bu gün Gürcüstan öz tarixi funksiyasını geri qaytarır” – Mixeil Ğavelaşvili bildirib.