Mixeil Ğavelaşvili patriarxın sağlamlıq vəziyyəti haqda məlumat almaq üçün "Qafqaz Tibb Mərkəzi"nə gedib
Mixeil Ğavelaşvili patriarxın sağlamlıq vəziyyəti haqda məlumat almaq üçün "Qafqaz Tibb Mərkəzi"nə gedib

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Gürcüstanın katolikos-patriarxının aparıldığı “Qafqaz Tibb Mərkəzi”nə gedib.

Həyat yoldaşı Tamar Baqrationi də Mixeil Ğavelaşvili ilə birlikdədir.

Mixeil Ğavelaşvili günün birinci yarısında da “Qafqaz Tibb Mərkəzi”ndə olub.

Gürcüstanın katolikos-patriarxı İkinci İlianı səhhətinin pisləşməsi səbəbindən gecə saatlarında Qafqaz Tibb Mərkəzinə aparıblar. Həkimlərin verdiyi məlumata əsasən, patriarxın mədəsindən şiddətli qanaxma olub, buna görə də onun üzərində müvafiq prosedurlar aparılıb və qanaxma dayandırılıb. İkinci İlia bu mərhələdə Kritik Tibb Departamentində, reanimasiya şöbəsindədir.