Mixeil Ğavelaşvili Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzioyev ilə təkbətək görüş keçirib

20:01, 02.07.2026

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzioyev ilə təkbətək görüş keçirib.

Prezident Administrasiyasının məlumatına əsasən, görüş zamanı tərəflər Gürcüstanla Özbəkistan arasında ikitərəfli münasibətlərin gündəliyini müzakirə ediblər. İki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyacaq strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasına xüsusi diqqət yetirilib.

“İqtisadi əlaqələrə, Orta Dəhlizin inkişaf perspektivlərinə və beynəlxalq formatlarda koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunulub. Bu kontekstdə strateji tərəfdaşlığın həm ikitərəfli münasibətlər, həm də Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqəliliyin gücləndirilməsi baxımından yaratdığı imkanlar qeyd olunub.

Prezident bildirib ki, Gürcüstan Özbəkistanı qarşılıqlı hörmət, ümumi mənafelər və əməkdaşlığı dərinləşdirmək üçün güclü iradənin birləşdirdiyi etibarlı tərəfdaş və dost dövlət kimi görür” – Gürcüstan Prezidentinin Administrasiyasının məlumatında qeyd olunub.

Oxşar