Mixeil Ğavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirzioyev ilə görüşüb
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzioyev ilə görüşüb.
Gürcüstan Prezidentinin mətbuat xidmətinin məlumatında, Antalyada keçirilən görüşdə Gürcüstan və Özbəkistan arasında strateji tərəfdaşlığın əsas istiqamətlərini, siyasi, ticarət-iqtisadi, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdikləri deyilir.
Ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsinə, Özbəkistanın investisiyalarının cəlb edilməsi və turizm sahəsində əməkdaşlığa toxunulub.
Tərəflər, həmçinin Orta Dəhlizin inkişafı və Mərkəzi Asiyadan Gürcüstan limanları vasitəsilə Avropaya yük daşımaları imkanları haqda danışıblar.
Mixeil Ğavelaşvili Özbəkistan Prezidentinə Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və tanımama siyasətinə verdiyi dəstəyə görə təşəkkür edib. Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər.