Mixeil Ğavelaşvili - Osetin və abxaz bacı-qardaşlar ilə birlikdə vahid Gürcüstanda yaşamaq istəyimiz bizim bəyan etdiyimiz sülh siyasətimizdir
Mixeil Ğavelaşvili - Osetin və abxaz bacı-qardaşlar ilə birlikdə vahid Gürcüstanda yaşamaq istəyimiz bizim bəyan etdiyimiz sülh siyasətimizdir

 

Osetin və abxaz bacı-qardaşlar ilə birlikdə vahid Gürcüstanda yaşamaq istəyimiz bizim bəyan etdiyimiz sülh siyasətimizdir – bu haqda Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Gürcüstanın Birinci Kanalının “Maka Tsintsadze ilə aktual mövzu” verilişində deyib.

Ğavelaşvilinin sözlərinə əsasən, o, gec-tez bunun mütləq baş verəcəyinə və Gürcüstanın birləşəcəyinə ümid edir.

“Bu gün ərazilərimiz işğal olunub, lakin fərqli reallıqla qarşılaşırıq. Biz müstəqil, suveren ölkəyik. Daim mövqe bildirdiyimiz iki regionda bizim osetin və abxaz bacı-qardaşlarımız yaşayır. Həm beynəlxalq səviyyədə, həm də qardaş və bacılarımıza münasibətdə bəyan etdiyimiz sülh siyasətimiz səmimi və açıq fikirlidir ki, birlikdə, vahid Gürcüstanda yaşamaq istəyirik. Bu prosesin baş verməsi üçün hər şeyi edəcəyik. Zənn edirəm ki, bunu əməlimizlə də sübut edirik. Əlbəttə, bizim ortaq tariximiz var, illərdir birlikdə gəlirik və ümid edirəm ki, gec-tez bu mütləq baş verəcək və Gürcüstan birləşəcək” – Mixeil Ğavelaşvili bildirib.