Mixeil Ğavelaşvili - Müsəlman həmvətənləri Ramazan bayramı və Novruz bayramı münasibətilə bir qədər gec də olsa təbrik edirəm, yas tutan gürcü ortodokslara göstərdiyiniz həmrəyliyə görə sizə təşəkkür edirəm
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili müsəlman həmvətənləri Ramazan bayramı və Novruz bayramı münasibətilə təbrik edir.
Ğavelaşvili Katolikos-Patriarxın dünyasını dəyişməsinə görə yas tutan gürcü ortodoks xristianlarına göstərdikləri həmrəyliyə görə müsəlman həmvətənlərə təşəkkür edir.
“Müsəlman həmvətənlərimizi Ramazan bayramı və Novruz bayramı münasibətilə bir qədər gec də olsa təbrik edirəm.
Katolikos-Patriarx, İkinci İlia həzrətlərinin dünyasını dəyişməsinə görə yas tutan gürcü ortodoks xristianlarına göstərdiyiniz böyük həmrəyliyə görə sizə səmimi qəlbdən təşəkkür edirəm.
Bu ən ağır dəqiqələrdə ağrımızı bölüşmək və Novruz bayramı və Ramazan bayramlarını qeyd etmək üçün tədbirlər keçirməkdən imtina etmək haqda qərarınız həmvətənlərimiz – xristianlar və müsəlmanlar arasındakı münasibətin əsaslandığı qardaşlığın, dostluğun və qarşılıqlı hörmətin əyani təsdiqidir.
Bir daha sizi təbrik edirəm, sizə əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayıram. Son günlərdə bizə göstərdiyiniz layiqli həmrəylik nümunəsinə görə təşəkkür edirəm” – Mixeil Ğavelaşvili bildirir.