Mixeil Ğavelaşvili - Milli hərbi formanı geyinmək böyük əhəmiyyət daşıyır, bundan böyük qürur yoxdur, ordumuz, kiçik, cəsur millətimizin böyük tarixinin ən mühüm hissəsidir
Hərbi formanı geyinmək böyük əhəmiyyət daşıyır, bundan böyük qürur yoxdur, ordumuz, kiçik, cəsur millətimizin böyük tarixinin ən mühüm hissəsidir – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili ordu düşərgəsinin açılışında deyib.
“Artıq üçüncü ildir bu layihəni uğurla həyata keçirən Müdafiə və Təhsil Nazirliyinin nümayəndələrinə təşəkkür etmək istərdim. Bu, gürcü ordusunun həyat tərzi ilə tanış olmağınız üçün unikal imkandır. Bu gün münasibətilə sizi təbrik etmək istərdim. Əminəm ki, karyeranız boyu bu dövr sizi bütün həyatınız boyu izləyəcək. Bu hisslər, təəssüratlar və burada sərf edəcəyiniz enerji nümunəvi olacaq. Bilməlisiniz ki, ordumuz kiçik ölkəmizin cəsur millətinin böyük tarixinin ən mühüm hissəsidir. Biz bu gün müstəqil, azad və güclü ölkə olaq deyə əsgərlərimiz, əcdadlarımız, qəhrəmanlarımız ən əsas şeyi – həyatlarını fəda etdilər. Bu proses davam edir və ordumuz da, ölkəmiz də güclənir. Əminəm ki, yaxın gələcəkdə daha da güclənəcəyik” – Mixeil Ğavelaşvili tədbirin iştirakçılarına müraciət edib.
Mixeil Ğavelaşvili bildirib ki, ordu düşərgəsinin açılması ilə birlikdə məktəblərdə də hərbi təhsilin tətbiq olunması vacibdir.
“Bu düşərgənin çox mühüm layihə olmasından başqa, həmçinin biz məktəblərdə hərbi təhsilin tətbiqinə başlamışıq və bu da uğurla həyata keçirilir. Onların sayı ildən-ilə artacaq. Hərbi təhsilin məcburi olması vacibdir. Məqsədimiz budur ki, bu istiqamət Gürcüstanın hər bir vətəndaşı üçün çox yaxın olsun. Müdafiə qabiliyyətinin, gürcü ordusunun nə demək olması və Gürcüstanın müdafiəsində onların rolunun nə olması ilə bağlı hər kəs heç olmasa ibtidai, ümumi biliyə sahib olsun. Mən gürcü insanına, gənclərə inanıram” – prezident bildirib.
Gürcüstan Prezidenti bildirir ki, gürcülərə heç kim azadlığı öyrətməməlidir və bu tarixlə təsdiqlənir.
“Gürcü insanı xilqətcə azadlıqsevərdir. Bizim bütün tariximiz azadlıq uğrunda mübarizədir. Bugünkü dövrdə şəxsi azadlığa müxtəlif ideologiyalarla güclü vurğu edilir və bu çox mühümdür, bunu bizə öyrətməyə ehtiyac yoxdur. Gürcüstanın özü bu günə qədər azadlığa hər küncdə qiymət verildiyinin sübutudur. Bizə azadlığın dəyərini öyrətməyə ehtiyac yoxdur. Bu gün biz müstəqilik, üçlüyümüz var – vətən, dil, iman. Bu gün buna sahib olmağımız üçün əcdadlarımız məhz buna canını verirdilər. Bu üçlük olmadan azadlıq imkansızdır. Həmişə peşənizdə və uğurunuzda vətən sizi müşayiət etməlidir. İdmançılarımızın bizi təmsil etməsi uğurun bir hissəsidir, idmançıların formasını geyinəndə sevinirik, lakin hərbi formanı geyinmək daha böyük əhəmiyyət daşıyır. Bundan böyük qürur yoxdur” – Ğavelaşvili bildirib.