Mixeil Ğavelaşvili Mariamoba bayramı ilə əlaqədar 226 nəfəri əfv edib

18:51, 27.08.2026

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Mariamoba bayramı ilə əlaqədar 226 nəfəri əfv edib. Bu barədə məlumatı Prezident Administrasiyası yayır.

Onların məlumatına əsasən, əfv azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 217 şəxsə və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən 6 şəxsə şamil olunub, 3 şəxsin isə məhkumluğu götürülüb.

“Gürcüstan Prezidenti tərəfindən Konstitusiya ilə verilmiş eksklüziv səlahiyyətin tətbiqi humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır” — Prezident Administrasiyasının məlumatında qeyd olunur.

Oxşar