Mixeil Ğavelaşvili - İstənilən dialoq və əməkdaşlığa açığıq, eyni zamanda, ədalətli və ləyaqətli münasibət tələb edirik, gürcü xalqı təhdid dili ilə söhbətə dözməyəcək
Vəzifəmiz Amerika Birləşmiş Ştatları, Çin, Avropa İttifaqı və digər ölkələr kimi güclü iqtisadiyyatlarla konstruktiv, qarşılıqlı hörmət və qarşılıqlı faydalılığa əsaslanan münasibətləri inkişaf etdirməkdir. Biz istənilən dialoq və əməkdaşlığa açığıq, lakin eyni zamanda hörmət, ədalətli və ləyaqətli münasibət tələb edirik. Gürcü xalqının dözməyəcəyi şey ultimatumlar, təhdid və qorxutma dili ilə söhbətdir – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
Mixeil Ğavelaşvilinin bəyanatına əsasən, ölkənin sülhü və iqtisadi artımı qoruyub saxlaması məhz hakimiyyətin praqmatik və rasional siyasəti sayəsindədir.
“Gürcüstan BMT-nin Bəyannaməsinin fundamental prinsiplərinə və dəyərlərinə sadiqdir və beynəlxalq birliyin layiqli və məsuliyyətlə dolu üzvüdür, bu da hazırkı Gürcüstan hakimiyyətinin insan hüquqlarının müdafiəsinin keyfiyyətinin yaxşılaşdırılması baxımından göstərdiyi böyük səylərlə də təsdiqlənir. Sülhü və iqtisadi artımı qoruyub saxlamağımız məhz hakimiyyətin praqmatik və rasional siyasəti sayəsindədir, bununla da vətəndaşlarımızın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışıq. Ötən illərdə çoxsaylı çağırışlara baxmayaraq, Gürcüstan xarici şoklara qarşı heyrətamiz dayanıqlılıq göstərdi. Gürcüstanın inkişafının müsbət dinamikası dünyanın ən nüfuzlu təşkilatlarının beynəlxalq reytinqləri və göstəriciləri ilə əks olunur və təsdiqlənir” – Gürcüstan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.