Mixeil Ğavelaşvili işğal olunmuş Abxaziyadan qalıqları gətirilən şəxslərin mülki yas mərasimində iştirak edib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili 1990-cı illərin silahlı münaqişələri zamanı itkin düşmüş və işğal olunmuş Abxaziya bölgəsindən qalıqları gətirilmiş şəxslərin mülki yas mərasimində iştirak edib, həlak olanların xatirəsini anıb və onların ailə üzvlərinə başsağlığı verib.
Şəxsiyyəti müəyyən edilmiş altı nəfərdən beşi hərbçi, biri isə mülki şəxsdir. İki döyüşçü Diğomi Qardaşlıq Qəbiristanlığında, digərləri isə ailələrin qərarına əsasən, müxtəlif yerlərdə, o cümlədən ailə qəbiristanlıqlarında hərbi ehtiramla dəfn ediləcək.
Mülki yas mərasimi Sameba Kafedral Məbədində keçirilib.