Mixeil Ğavelaşvili İran İslam Respublikasının Gürcüstandakı səfiri Mahmud Adib ilə vida görüşü keçirib
Mixeil Ğavelaşvili İran İslam Respublikasının Gürcüstandakı səfiri Mahmud Adib ilə vida görüşü keçirib

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili İran İslam Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mahmud Adib ilə vida görüşü keçirib.

Görüşdə Mixeil Ğavelaşvili böyük tarixə malik iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə, eləcə də Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli və sarsılmaz dəstəyə görə diplomata təşəkkür edib.

Prezident Mahmud Adibə gələcək diplomatik fəaliyyətində uğur arzulayıb və yeni səfirin fəal iştirakı ilə Gürcüstan-İran münasibətlərinin yenə də dinamik şəkildə inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.

Görüş Prezident Sarayında keçirilib.