Mixeil Ğavelaşvili - Heç kimdən və ya heç nədən asılı ola bilmərik, bu bizim əsas motivasiyamızdır
Mixeil Ğavelaşvili - Heç kimdən və ya heç nədən asılı ola bilmərik, bu bizim əsas motivasiyamızdır

 

Heç kimdən və ya heç nədən asılı ola bilmərik, bu bizim əsas motivasiyamızdır. Kiçik ölkə olmağımıza baxmayaraq, öz imkanlarımıza, milli maraqlarımıza, gələcəyimizə və bundan irəli gələrək, sülh siyasətinə, sabitliyə inanırıq. Biz ağıllı, praqmatik, mövcud çağırışlardan irəli gələn siyasət yürüdürük – bu haqda Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili “Post Analitika” verilişində deyib.

Onun qeyd etdiyi kimi, Gürcüstan Avropanın dəyərini bilir və onların ədalətsiz yanaşmasına baxmayaraq, ölkə dialoqa hazırdır.

“Onlar tərəfindən ikili standarta, təhqirlərə və ədalətsiz yanaşmalara baxmayaraq, biz həmişə dialoqa hazırıq. Avropanın dəyərinin nə olduğunu bilirik, ona görə də bundan imtina edə bilmərik və bu yanaşmanı davam etdiririk. Eyni şeyi NATO haqqında da deyə bilərik. NATO-nun missiyalarında necə iştirak etdiyimizi, yanaşmamızın necə olduğunu görmək üçün tarixi xatırlamağa dəyməz. Bizdən asılı deyildi, NATO-ya qoşulmaq üçün “hə” və ya “yox” deməli idik – bu, bizi bu qədər müddət ərzində gözləmə rejimində qoyan NATO-dan asılı idi” – Gürcüstan Prezidenti bildirib.