Mixeil Ğavelaşvili Gürcüstanın İtaliya və Qazaxıstana yeni təyin olunmuş səfirləri ilə görüşüb
Mixeil Ğavelaşvili Gürcüstanın İtaliya və Qazaxıstana yeni təyin olunmuş səfirləri ilə görüşüb

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Gürcüstanın İtaliya və Qazaxıstana yeni təyin olunmuş səfirləri ilə görüşüb.

Mixeil Ğavelaşvili diplomatları vəzifələri tutmaları münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğur arzulayıb.

İtaliya Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri və Roma şəhərində yerləşən BMT-nin beynəlxalq təşkilatlarında (FAO, IFAD, WFP) Gürcüstanın daimi nümayəndəsi vəzifəsinə Tamar Liluaşvili, həmçinin Qazaxıstan Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Levan Diasamidze təyin ediliblər.

Görüş Prezident Sarayında keçirilib.