Mixeil Ğavelaşvili Gürcüstanın Çexiya və Almaniyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb
Mixeil Ğavelaşvili Gürcüstanın Çexiya və Almaniyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Gürcüstanın Çexiya Respublikası və Almaniya Federativ Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb.

Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, Mixeil Ğavelaşvili gürcü diplomatları vəzifələrini tutmaları münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğur arzulayıb.

Gürcüstanın Çexiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Ruslan Abaşidze, Gürcüstanın Almaniya Federativ Respublikasında səfiri vəzifəsinə isə Aleksandre Kartozia təyin ediliblər.

Görüş Prezident sarayında keçirilib.