Mixeil Ğavelaşvili Gürcüstan kilsəsinin avtokefaliyasının bərpası günü ilə bağlı Sioni məbədində bayram ibadətinə qatıldı
Mixeil Ğavelaşvili Gürcüstan kilsəsinin avtokefaliyasının bərpası günü ilə bağlı Sioni məbədində bayram ibadətinə qatıldı

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə birlikdə Gürcüstan kilsəsinin avtokefaliyasının bərpası günü ilə bağlı Sioni patriarxlıq məbədində bayram ibadətinə qatıldı.

Prezidentin mətbuat xidmətinin məlumatına əsasən, prezident patriarxlığın nümayəndələrini və məbəddə olanları avtokefaliyanın bərpası günü münasibətilə təbrik edib, onlara sülh və mənəvi güc arzulayıb.

İbadəti patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğu mitropoliti Şio icra edib.

İbadət başa çatdıqdan sonra möhtərəm Şio möminlər qarşısında xütbə ilə çıxış edib, kilsənin və dövlətin müstəqilliyinin əhəmiyyətindən danışıb.