Mixeil Ğavelaşvili - Gürcülər hansı prinsipləri və dəyərləri qorumağa borclu olduğumuzu dəqiq bilirik, bu çətin dövrdə dövlətimiz və gürcü xalqı ölkənin keşiyində birlikdə dayanır
Mixeil Ğavelaşvili - Gürcülər hansı prinsipləri və dəyərləri qorumağa borclu olduğumuzu dəqiq bilirik, bu çətin dövrdə dövlətimiz və gürcü xalqı ölkənin keşiyində birlikdə dayanır

 

Dövlətimiz və gürcü xalqı bu çətin dövrdə xoşbəxtlikdən yekdildir və öz ölkəsinin keşiyində birlikdə dayanır – bu haqda Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili parlamentdə illik məruzə ilə çıxışı zamanı deyib.

Ğavelaşvilinin qeyd etdiyi kimi, bu çətin dövrdə dövlət və gürcü xalqı yekdildir, öz ölkəsinin keşiyində birlikdə dayanır.

“Vətənimiz və gürcü xalqı bu gün dövlətçilik sınağının mühüm mərhələsindən keçir. Çoxəsrlik təcrübə, zəngin tarix, mədəniyyət, gürcü xalqının ləyaqəti və qətiyyətli xarakteri Gürcüstanı bu çətin və təhlükəli yolda yanan məşəl kimi istiqamətləndirən fundamental dəyərlərdir. Əcdadlarımızın təcrübəsi bizə əzmli olmağın və haqsızlıqla mübarizə aparmağın, tanrıya, vətənə, özümüzə inanmağın nə qədər vacib olduğunu öyrətdi. Kiçik, lakin məğrur xalqımızı məhz bu prinsiplərə əməl edilməsi xilas etdi və bu günlərə gətirdi, üstəlik, Gürcüstanın bir çox qüdrətli fatehlərinin yoxa çıxmasına və məhv olmasına baxmayaraq, o, öz dilini, yazısını, mədəniyyətini, dinini, adət-ənənələrini və kimliyini qoruyub saxladı. Bunu nəzərə alaraq, biz gürcülər dəqiq bilirik ki, hansı prinsipləri və dəyərləri qorumağa borcluyuq, nəyin qayğısına qalmalıyıq və son nəticədə hansı Gürcüstanı qurmalıyıq. Dövlətimiz və gürcü xalqı bu çətin dövrdə xoşbəxtlikdən yekdildir və öz ölkəsinin keşiyində birlikdə dayanır. Fərqliliklərə baxmayaraq, bir-birinin yanında dayanmaqla, Gürcüstan adlı vahid, böyük ailə kimi vətənini qətiyyətlə müdafiə edir” – Gürcüstan Prezidenti bildirib.