Mixeil Ğavelaşvili - Qərarlarımız Gürcüstanın milli maraqlarına əsaslanacaq, gürcü xalqının müəyyən qüvvələrin maraqlarına qurban verilməsinə imkan verməyəcəyik
Bugünkü gün gürcü xalqının birliyinin, azadlıqsevərliyinin, sarsılmazlığının və yorulmaz mübarizəsinin simvoludur. Müstəqillik Aktı gürcü xalqının öz taleyini özü müəyyən etmək istəyinin aydın şəkildə əks olunduğu ilk gürcü konstitusiya xarakterli sənədidir – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili 26 May ilə əlaqədar tədbirdə çıxışı zamanı deyib.
Ğavelaşvilinin qeyd etdiyi kimi, yadda saxlamalıyıq ki, gürcü xalqı öz gələcəyini müəyyən edir, başqası yox.
“Mən cənab baş naziri, cənab parlamentin sədrini, cənab müdafiə nazirini və Müdafiə Qüvvələrinin komandanını, əziz gürcü ordumuzu salamlayıram, icraedici, qanunverici və məhkəmə hakimiyyətinin nümayəndələrini, muxtar respublikaların rəhbər şəxslərini, Tbilisi şəhərinin merini və sakrebulonun sədrini, Gürcüstan Patriarxlığının nümayəndələrini, diplomatik korpusun üzvləri, bütün Gürcüstanı salamlayıram.
Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edirik.
Bugünkü gün gürcü xalqının birliyinin, azadlıqsevərliyinin, sarsılmazlığının və yorulmaz mübarizəsinin simvoludur. Tam 107 il əvvəl əcdadlarımız Gürcüstanın Müstəqillik Aktını qəbul etməklə, ölkəmizin müstəqilliyini bərpa etməsi və Gürcüstan Demokratik Respublikasının qurulması üçün təməl qoydular. Müstəqillik Aktı gürcü xalqının öz taleyini özü müəyyən etmək istəyinin aydın şəkildə əks olunduğu ilk gürcü konstitusiya xarakterli sənədidir.
Biz gürcü adlandırılmağın, gürcü torpağında yaşamağın, gürcü dilində danışmağın, ən qədim, avropalı, xristian millətlərdən birinin övladları olmağın nə demək olduğunu yaxşı başa düşməliyik. Daim mühafizə və sayıqlıq tələb edən müstəqilliyin nə qədər dəyərli olduğunu başa düşməliyik. Vətənə qayğı birdəfəlik iş və ya öhdəlik deyil. Bu, davamlı prosesdir, bir növ missiyadır – əsrlər əvvəl əcdadlarımızın mübarizəsi ilə başlayan gürcü xalqının taleyi və nə qədər ki, Gürcüstan və gürcü milləti var, heç vaxt bitməyəcək.
Məhz bu ideya uğrunda əcdadlarımızın mübarizəsi bizə üç müqəddəs xəzinə qoruya bildi: vətən, dil, inanc və bunların qorunması hər birimizin vəzifəsidir. Əgər bu üçündən hər hansı biri itsə, biz Gürcüstan adlanan əsas ideyanı itirəcəyik, əsrlərə tab gətirən gürcü köklərini itirəcəyik və gürcü xalqı məhv olma təhlükəsi ilə üzləşəcək.
Ölkəmiz hər zaman müvafiq cavab tələb edən təhlükələrlə üzləşəcək. Birdəfəlik başa düşməliyik ki, hansısa xarici gücün gəlib bizi xilas etməsini, bizim etməli olduğumuzu etməsini, xalqımıza və ölkəmizə lazım olanı bizdən daha yaxşı bilməsini gözləmək nə qədər əbəsdir. Biz sona qədər özümüzə inanmalıyıq və yadda saxlamalıyıq ki, öz gələcəyimizi məhz özümüz təyin edirik, başqa heç kim deyil” – Mixeil Ğavelaşvili bildirib.