Mixeil Ğavelaşvili - Etirazın arxasında "Gürcü Arzusu" hökuməti ilə Avropa İttifaqı arasında sıx münasibətlərdə heç bir marağı olmayan qüvvə dayanır, proseslər süni şəkildə təşkil olunub
Mixeil Ğavelaşvili - Etirazın arxasında "Gürcü Arzusu" hökuməti ilə Avropa İttifaqı arasında sıx münasibətlərdə heç bir marağı olmayan qüvvə dayanır, proseslər süni şəkildə təşkil olunub

 

Etirazın arxasında “Gürcü Arzusu” hökuməti ilə Avropa İttifaqına üzv dövlətlər arasında sıx münasibətlərdə heç bir marağı olmayan qüvvə dayanır – bu haqda Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili “Deutsche Welle”yə müsahibəsində Gürcüstan Parlamentinin qarşısındakı aksiya ilə bağlı deyib.

Prezident, etirazın iştirakçılarının maliyyələşdirilən qruplar olduğunu və proseslərin süni şəkildə təşkil olunduğunu bildirib.

“Bu insanlar, əsasən gənclər, kənar təsir altında olan, aldadılmış vətəndaşlardır. Biz faktlara əsaslanırıq. Hər şey faktlara əsaslanır. Etirazın arxasında “Gürcü Arzusu” hökuməti ilə Avropa İttifaqına üzv dövlətlər arasında sıx münasibətlərdə heç bir marağı olmayan qüvvə dayanır. Proseslər süni şəkildə təşkil olunub və məqsədyönlü təsirin nəticəsidir. Onların heç bir hərəkəti vətəndaşların rifahına yönəlməyib. Onlar öz rəhbər fiqurları ilə əsasən xaricdən gəlmiş, maliyyələşdirilən qruplardır” – Mixeil Ğavelaşvili bildirib.