Mixeil Ğavelaşvili - Cüdoçulardan ibarət komandanın çempionluğu zəhmətin, məqsədyönlü fədakarlığın və birliyin nəticəsi idi
Gürcüstanın cüdoçulardan ibarət komandasının çempionluğu zəhmətin, məqsədyönlü fədakarlığın və birliyin nəticəsi idi – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili deyib.
Baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvilinin təqdimatı ilə prezident cüdoçulardan ibarət milli komandanın üzvlərini və Cüdo Federasiyasının rəhbər şəxslərini Çariça Tamar ordeni, “Şərəf” ordenləri və “Şərəf” medalları ilə mükafatlandırıb.
Prezident sarayında keçirilən tədbirdə baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, idman naziri Şalva Qoqoladze, Cüdo Federasiyasının nümayəndələri və idmançılar iştirak edirdilər.
Tədbirdə məlum oldu ki, baş nazir İrakli Kobaxidzenin qərarı ilə dünya çempionatında qalib gələn cüdoçulardan ibarət komandaya dövlət tərəfindən hədiyyə olaraq bir milyon lari veriləcək.
Mixeil Ğavelaşvili cüdo yığmasının üzvlərini qələbə münasibətilə bir daha təbrik edib, əməyə və fədakarlığına görə təşəkkür edib.
“Sizi bu böyük uğur münasibətilə təbrik etmək istərdim. Biz bilirik ki, bu, asan deyildi. Bu, kiməsə inanılmaz görünə bilərdi, lakin gürcü cüdosuna, gürcü idmanına inananlar, biz hamımız gözləyirdik ki, bu gün gələcək, Gürcüstan komanda yarışında dünya və Avropa çempionu olacaqdı. Bu, böyük uğurdur. Bu, zəhmətin, məqsədyönlü fədakarlığın və birliyin nəticəsi idi. Burada mühitin, dövlətin münasibətinin vurğulanması vacibdir, çünki dövlətin idmana bu münasibəti olmasaydı, belə uğur da gəlməzdi” – prezident bildirib.
Tarixi idman nailiyyətlərinə görə gürcü cüdoçularına Gürcüstanın dövlət mükafatları verilib.
Mixeil Ğavelaşvili dövlət mükafatını, Çariça Tamar ordenini – dünya çempionu cüdoçu Eter Lipartelianiyə, “Şərəf” ordenini – Cüdo Federasiyasının vitse-prezidenti Qiorqi Atabeqaşviliyə və cüdoçulardan ibarət milli komandanın 9 üzvünə: Qiorqi Sardalaşvili, Luka Maisuradze, Mixeil Baxbaxaşvili, Mariam Canturia, Sopio Somxişvili, Eter Askilaşvili,
Kaxaber Motsradze, Avtandil Telia və Qiorqi Mqeladzeyə verib. Dövlət mükafatı, “Şərəf” medalını isə Cüdo Federasiyasının prezidenti Levan Nozadze və cüdoçulardan ibarət milli komandanın altı üzvünə – Qiorqi Cabniaşvili, İrakli Demetraşvili, Saba İnaneişvili, Nino Loladze, Nodar Metreveli və Qiorqi Kazalikaşviliyə verib.
Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.